Sosial Fəaliyyətlər Dünyada Tanınmış İngilis-dili müəllimi “Cengiz Hoca” Gəncliyə Yardım Fondunda seminar verdi

Dünyada Tanınmış İngilis-dili müəllimi “Cengiz Hoca” Gəncliyə Yardım Fondunda seminar verdi

7

  Bugün Gəncliyə Yardım Fondunda “Təkan” TGİB-nin və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə təşkil edilən 10 gündür elanları yayımlanan “İngilis-dilini asan öyrənməyin yolu” adlı seminar keçirildi. Əvvəlcə seminarda “Təkan” TGİB-nin və ARGTMŞ-nın MTK sədri Leyla Kərimova və GYF-nun İctimai Əlaqələr şöbəsinin müdiri Eldar Kərimov çıxış edərək gənclərə inkişaf edən dünyamızda xarici dillərin öyrənilməsinin əhəmiyyətindən bəhs etdilər.

Daha sonra əsas səbəbkar Çingiz Hoca seminarı davam etdirdi. Seminarda əsasən İngilis dilini asan öyrənməyin yolları, haradan və necə başlayacağına dair tövsiyələr, ingilis dilinin öyrənilməsində istifadə edilən əsas materiallar və gəncləri maraqlandıra suallara cavab verildi.