Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Əməkdaşı Fəxri Fərmanla Təltif Edildi

Gəncliyə Yardım Fondunun Əməkdaşı Fəxri Fərmanla Təltif Edildi

8

Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov fəal gənc olaraq fəxri-fərmanla təltif olunub.

30 yanvar 2013 – cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İdman Azərbaycan” telekanalının birgə təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında “2 fevral – Azərbaycan Gəncləri günü” və “İdman Azərbaycan” televiziya kanalının yaradılmasının 4-cü il dönümünə həsr olunmuş bədii əyləncəli tədbir keçirilmişdir.

Tədbirdə  Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökümət Təşkilatları, kütləvi informasiya vasitələri, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi  Raqif Abbasov tədbirdə çıxış edərək bütün qonaqları salamlamış və “İdman Azərbaycan” telekanalının 4 yaşının tamam olması münasibətilə bütün televiziyanın əməkdaşlarının səmimi qəlbdən təbrik etmiş, daha sonra qarşıdan gələn 2 fevral gənclər günü münasibətilə respublikamızda bəzi silsiləvi tədbirlərin keçirilməsini qeyd etmiş,  idmanın və gənclər siyasətinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd etmiş və bütün Azərbaycan gənclərini və idmançıları “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.

Sonra qeyri-hökumət təşkilatlarının rəhbərləri və bir qrup fəal gənc fəxri fərmanlarla təltif olundular. Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov da fəal gənc olaraq fəxri-fərmanla təltif olundu.  Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.