Sosial Fəaliyyətlər Bakıda Xeyriyyə Sərgisi Açıldı

Bakıda Xeyriyyə Sərgisi Açıldı

10

Bu gün Gəncliyə Yardım Fondunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” açılmışdır. Hər il ənənəvi olaraq təşkil edilən  sərginin açılış mərasimində Gəncliyə Yardım Fondunun İcraçı katibi Nəcməddin Akbulut, Nazirlər Kabineti Aparatının məsul işçisi Abel Qədirov, Millət vəkili Fazil Qəzənfəroğlu, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Din müşaviri Sadiq Eraslan çıxış edərək Fondun həyata keçirdiyi bu və buna bənzər xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndirdiklərini dilə gətirdilər.

Əvvəlki illərdə təşkil edilən sərgilərdən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunmuşdur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” “101 Arzunu Gerçəkləşdir”  layihəyəsinə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait isə, Gəncliyə Yardım Fondunun “101 Ehtiyac Sahibi Ailəyə Yardım” layihəyəsində istifadə olunacaqdır.

Sərgi Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans Zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16) keçirilir və 3 gün davam edəcəkdir.