Sosial Fəaliyyətlər Tanınmış yazıçı Bülent Akyürek azərbaycanlı oxucularla görüşdü…

Tanınmış yazıçı Bülent Akyürek azərbaycanlı oxucularla görüşdü…

4

26.04.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun akt zalında Türkiyənin tanınmış yazıçısı Bülent Akyürek azərbaycanlı oxucularla görüşdü.

Özünə məxsus fikirləri ilə seçilən yazıçı kitablarında gənclərin marağına səbəb olan mövzulara toxunaraq maraqlı bir görüşə imza atdı. Bülent Akyürek öz oxucularıyla görüş üçün ayrılan gözəl məkana görə  Gəncliyə Yardım Fondunun rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi.

Qeyd edək ki, tanınmış yazıçı Bülent Akyürek 1969-cu ildə Elazığda anadan olmuşdur. 1985-ci ildə  Ankarada yaşamağa başladı.  Həddindən artıq çətin işlərdə işləmiş, fərqli jurnallar dərc etdirmiş ancaq sona qədər apara bilməmişdir. Orta məktəbin son sinifindən etibarən məktəbə getməmişdir. On yeddi yaşından etibarən romanları yayınlanmağa başlamışdır.

Onlardan bəziləri: VƏ TANRI AĞLADI, CİNNƏTİM CƏNNƏTİMDİR, YAĞMUR GƏTİRƏN FIRTINA, ZAMANIN ƏFƏNDİSİ  VS…

Heç  bir zaman siyasətlə məşğul olmadı və 35 yaşına qədər Türkiyənin ən təhlükəli ateist, nihilist adamı idi.
Hidayətdən sonra ədəbiyyatı kənara qoyub tənqidi kitapları yazdı:

QADINLAR HAQQINDA AHMET ABİNİN GÖZÜNDƏN QAÇANLAR, YILGIN TÜRKLƏR, SEVİRDİM SÖYLƏYƏ BİLMƏDİM, İÇİNİZDƏKİ ÖKÜZƏ OHA DEYİN, GÜNORTA NAMAZINA NECƏ QALXMAQ OLAR?
Heç bir dönəmdə iki ayaqqabı və ya iki köynəyi olmadı.

On yeddi il boyunca kitabları çox az satıldı, altı ildir ki satış rekordları qırmasına baxmayaraq piratçılar səbəbilə əlinə heç bir şey gəlib çatmır.

Hidayətdə çatdıqdan sonra artıq nə etsə etsin, nə yazarsa yazsın hamısı Allah üçün olacaq deyə söz verdi.

Yol pulunu qarşılayan hər kəsə və hər yerə danışıq üçün gedir.

Otuz beş illik keçmişinin səhvlərini həm beyni həm ayaqları düzəltməyə çalışır.