Sosial Fəaliyyətlər GYF-də Gənclər yazıçı Çingiz Abdullayev ilə görüşüb

GYF-də Gənclər yazıçı Çingiz Abdullayev ilə görüşüb

2

2 May tarixində Gəncliyə Yardım Fondunda “İRƏLİ” Tədqiqatlar və Araşdırmalar Mərkəzinin Kitab Klubu layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Şöhrət” ordenli, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

Görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, gənc yazarlar və fəal gənclər iştirak ediblər.

İlk olaraq “İRƏLİ” sədri Rauf Mərdiyev qonağı salamlayıb. Gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.   

Yazıçı gənclərlə mütəmadi olaraq görüşdüyünü qeyd edib: “Bu gün gənc nəsil çox kitab oxumalı, mütaliə ilə məşğul olmalıdır. Hər bir ölkənin gələcəyi, sabahı, siyasəti, iqtisadiyyatı onun savadlı, intellektuallı gənclərindən asılıdır. Özümüzü, ölkəmizi, dövlətimizi inkişaf etdirmək və beynəlxalq arenada təmsil etmək üçün ilk növbədə savadlı olmalıyıq”.

Yazıçı qeyd edib ki, bir yazıçının ən böyük nailliyəti, şöhrəti kitablarının geniş oxucu kütləsi tərəfindən qəbul olunması və sevilməsidir: “Bu gün bu nailliyyəti əldə etdiyimə, qazandığıma görə xoşbəxtəm. Əsərlərim hətta istər ölkəmizdə, istərsə də xaricdə cəmiyyətdə öz sözünü demiş, tanınan simalar tərəfindən oxunulur və sevilir”.

Çingiz Abdullayev bir kitab üzərində 24 saat işlədiyi vaxtlar olduğunu da bildirib və qeyd edib ki, kitabların ərsəyə gəlməsində bu qədər əmək sərf etməsəydi, kitabları geniş oxucu marağına səbəb olmazdı. Yazıçı bu vaxta qədər 171 kitab yazdığını da vurğulayıb.

Görüşdə həmçinin yazıçının əsərləri müzakirə olunub. Yazıçı öz həyat təcrübəsi ilə paylaşıb, qarşılıqlı diskussiya aparılıb. Gənclərin çoxsaylı suallarını cavablandıran yazıçı öz məsləhətlərini verib və gənclərə həyat yollarında uğurlar arzu edib.

Sonda yazıçının imza mərasimi keçirilib