Sosial Fəaliyyətlər “Şəxsiyyət Dili və Liderlik” kitabının Gəncliyə Yardım Fondunda Təqdimat Mərasimi Keçirildi

“Şəxsiyyət Dili və Liderlik” kitabının Gəncliyə Yardım Fondunda Təqdimat Mərasimi Keçirildi

6

Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış elm xadimi, Dr. Adem Ergül  bu gün Gəncliyə Yardım Fondunda Azərbaycanlı oxucularla görüşüb və “Şəxsiyyət Dili və Liderlik” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti, Ahmet Tecim qardaş ölkədən gəlmiş dəyərli elm və sənət xadimini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. O, bu səfərin iki qardaş ölkə arasında mədəni əməkdaşlığın gözəl örnəyi olacağına inandığını qeyd edib.

Milli-mənəvi dəyərlərimizdə şəxsiyyətin rolu və gənclik mövzusunda gənclərin qarşısında çıxış edən Dr. Adem Ergül müəllifi olduğu “Şəxsiyyət Dili və Liderlik” kitabının Azərbaycan türkcəsinə tərcümə olunmasında və qardaş ölkənin oxucularına qazandırılmasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. Dr. Adem Ergül Azərbaycana səfərindən, nəzərdə tutulan zəngin səfər proqramından məmnun qaldığını və hər yeni elmi-mədəni layihənin qardaş ölkələr və xalqlar arasında yeni əməkdaşlıq imkanları açdığına inamını qeyd etdi.

Tədbirdə çıxış edən digər qonaqlar Dr. Faruk Kanger və Doç.Dr. Ali Namlı da öz çıxışlarında kamil şəxsiyyəti formalaşdıran əsas amillərdən və tərbiyə üsullarından bəshs etdilər. Tədbirin sonunda gənclərin bir-birindən maraqlı suallarını cavablandıran qonaqlar Azərbaycan gəncliyinin intellektual səviyyəsindən razı qaldıqlarını da dilə gətirdilər.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqla birlikdə xatirə şəkilləri çəkilmişdir.