Sosial Fəaliyyətlər H. Z. Tağıyev Adına Konfrans Zalı Açıq Elan Edildi

H. Z. Tağıyev Adına Konfrans Zalı Açıq Elan Edildi

3

Gəncliyə Yardım Fondunun yeni təmir və müasir cihazlarla təchiz edilmiş  H. Z. Tağıyev adına konfrans zalının açılış mərasimi keçirildi.

Açılış mərasimində dövət və hökumət nümayəndələri, T.C. Bakı Böyük elçiliyinin müşavirləri,Türkiyə və Azərbaycan tərəfindən uğurlu fəaliyyətə imza atan  QHT rəhbərləri iştirak edib.

Açılış lenti kəsildikdən sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim fondun qurulduğu gündən bu günə qədər  özündə xeyriyyəçilik ənənələrini əks etdirən uğurlu iş prinsipindən və yeni təmirdən çıxmış konfrans zalının Azərbyacanın o cümlədən bütün türk dünyasının ən böyük xeyriyyəçisi olmuş H.Z. Tağıyevin adını daşımasının əhəmiyyətindən danışdı. O öz çıxışında konfrans zalının yüksək səviyyədə təmir və təchizatına görə Türk Əməkdaşlıq və Koordinasyon Ajansı Başkanlığının (TİKA) rəhbəri Dr. Serdar Çama və TİKA-nın Azərbaycandakı koordinatoru Ali Musluya öz dərin təşəkkürünü bildirdi.

Açılış mərasimində iştirak edən Türk Əməkdaşlıq və Koordinasyon Ajansı Başkanlığının (TİKA) rəhbəri Dr. Serdar Çam da öz çıxışında Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirdiyini  bildirdi və bu uğurlu fəaliyyətlərin iki qardaş dövlət arasındakı əhəmiyyətindən danışdı.

Tədbirin sonunda qonağa  qonaqlara xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqla birlikdə xatirə şəkilləri çəkilmişdir.