Mətbuatda Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması yolunda uğurlu addımlar atılır

Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması yolunda uğurlu addımlar atılır

6

Türkdilli dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti ictimai birliyi, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə birgə 20 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə və Gəncliyə Yardım Fondunun texniki dəstəyi ilə İstanbul Ticarət Universitetində “Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində “Tarixi mərhələlərdə Türkiyə Azərbaycan münasibətləri və Ermənistan problemi” mövzusunda beynəlxaq konfrans keçirdi. Konfrans İsatnbul Ticarət Universitetinin Rektoru keçmiş dövlət naziri Nazim Əkrəmin açılış nitqi ilə başladı.

 Sonra söz Beynəlxalq İnkişaf və Əməkdaşlıq təşkilatının sədri Musa Sərdar Çələbiyə verildi. Musa bəy öz çıxışında Azərbaycan və Türkiyənin ortaq problemi olan erməni məsələsində birgə diaspor fəaliyyətlərinin artırılmasının olduqca zəruri və əhəmiyyətli olduğunu dilə gətirdi. Daha sonra söz Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanova verildi. Eldəniz Salmanov belə bir tədbirin həyata keçirilməsi üçün şərait yaradan QHT-lərə Dövlət Dəstəyi Şurasına və İstanbul Ticarət Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Eldəniz Salmanovun çıxışından sonra söz İstanbul Ticarət Universiteti İdarə Heyətinin sədri Erhan Erkənə verildi. Erhan Erkən belə bir tədbirin onların universitetlərində keçirilməsindən məmnun olduğunu bildirdi. O, universitet tələbələrinə və elmi araşdırmaçılara belə konfranslarda fəal iştirak etməyi və mühazirəçilərin fikirlərindən istifadə etməyi tövsiyə etdi.

Sonra tədbirin ikinci hissəsi başladı. İkinci hissədə moderator Yusuf Özkır mühazirəçiləri kürsüyə dəvət etdi. Mühazirəçilərdən millət vəkili Fazil Mustafa “Tarixi mərhələlərdə Türkiyə-Azərbaycan münasibətləri və gələcəyə baxış mövzusunda çıxış etdi. Fazil Mustafa Türkiyə-Azərbaycan münasibətləri və mövcud şərait haqqında dinləyicilərə ətraflı məlumat verdi. Fazil Mustafanın çıxışından sonra söz İstanbul Ticarət Universitetinin Professoru  Mim Kamal Ökəyə verildi. Mim Kamal Ökə “Tarix boyunca Ermənistanın Türkiyəyə qarşı apardığı torpaq iddiaları mövzusunda çıxış etdi. Mim Kama Ökə tarixi mərhələlərdə türk millətinin məruz qaldığı şiddətlərdən danışdı.

Sonra söz millət vəkili Musa Quliyevə verildi. Musa Quliyev soyqırım iddiaları və Qarabağ problemi mövzusunda  dünya dövlətlərinin siyasəti mövzusunda  çıxış etdi. Millət vəkili öz çıxışında ermənilərin törətdikləri soyqırımları tarixi faktlar əsasında konfrans iştirakçılarına çatdırdı. Musa Quliyevin çıxışından sonra söz İstanbul Ticarət Universitetinin professoru Nadir Dövlətə verildi. Nadir Dövlət bu mövzuda uzun illərdən bəri tədqiqat aparan bir şəxs olduğuna görə konfrans iştirakçıları onun çıxışını da böyük rəğbətlə dinlədilər. Mühazirəçilərin çıxışları bitdikdən sonra müəllim və tələbələr mövzu ilə bağlı çox sayda millət vəkillərinə suallar verdilər. Millət vəkilləri isə öz növbəsində verilən bütün suallara dəqiq və dolğun şəkildə cavab verdilər. Konfransın sonunda müəllim və tələbələrə Şuranın maliyyə dəstəyi ilə hazırlanmış bukletlər, qovluqlar, o cümlədən Gəncliyə Yardım Fondunun dəstəyi ilə nəşr edilmiş “Qarabağ Suallar-Faktlar kitabı ” və “Tarixi Faktlar Əsasında azərbaycanlıların soyqırımı” kitabları paylanıldı.