Sosial Fəaliyyətlər “Tarix boyu türklərə qarşı erməni xəyanətləri” movzusunda beynəlxalq konfrans keçirildi

“Tarix boyu türklərə qarşı erməni xəyanətləri” movzusunda beynəlxalq konfrans keçirildi

6

18 iyun 2013-cü il tarixdə, saat 10.00-da Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına Konfrans zalında Qarabağ QHT Koalisiyası Türkiyə Aydınlar Ocağı ilə birlikdə “Tarix boyu türklərə qarşı erməni xəyanətləri” movzusunda beynəlxalq konfrans keçirdi.

Türkiyə Respublikasından gələn 15 nəfərdən ibarət nümayəndə heyəti və konfrans iştirakçıları Azərbaycan Xalqının Umumimilli Lideri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, həmçinin Quba Soyqırım məzarlığını ziyarət etdilər. 

Konfransı giriş sözüylə Qarabağ-QHT Koalissyasının sədri,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov açdı.

Konfransda Azərbaycan tərəfdən tarix elmləri doktoru, professor Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Prorektoru Dilqəm Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının soyqırım şöbəsi müdirinin müavini, fəlsəfə doktoru Vaqif Abışov, Türkiyə Respublikasından Türkiyə Aydınlar Ocağı Dərnəyi başkanı professor, doktor İbrahim Öztək, Uluslararası Azərbaycan Mədəniyyət, Dil, Tarix Araşdırma Mərkəzinin rəhbəri Seyfəddin Ayakyay tarix boyu ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri terror, təcavüz və soyqırım faktları mövzusunda məruzə ilə çıxış etdilər. 

Konfransda həmçinin Millət Vəkillərinin, dövlət orqanlarının, Türkiyə Respubilkasının Azərbaycandakı Səfirliyinin, QHT-lərin və s. nümayəndələrinin çıxışları nəzərdə tutulmuşdur.

Konfransın sonunda Qarabağ QHT Koalisiyası ilə Türkiyə Aydınlar Ocağı birgə əməkdaşlıq haqqında protokol imzaladılar.