Sosial Fəaliyyətlər “İnsan hüquq və azadlıqlarının reallıqları” adlı tədbir keçirildi

“İnsan hüquq və azadlıqlarının reallıqları” adlı tədbir keçirildi

3

Gəncliyə Yardım Fondunda  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının reallıqları” adlı layihə çərçivəsində təlim keçirib. 

Təlim çərçivəsində TUMİB-in sədri Çingiz Bayramov iştirak edənləri salamlayaraq layihə haqqında qısa məlumat verib. Daha sonra layhənin təlimçisi Aidə İmamova çıxış edərək, təlimlərin məqsədi ilə bağlı tədbirdə iştirak edən vətəndaşlara İnsan hüquq və azadlıqları haqqında məlumat verib. 

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Elnur Bağırlı, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Yeni Nəsil” İctimai Birlyinin sədri Atatürk Kamallı və digərləri çıxış edərək layihənin aktuallığı haqqında danışıblar.