Sosial Fəaliyyətlər “Narkotik bəlasından gəncləri qoruyaq” adlı tədbir keçirdi

“Narkotik bəlasından gəncləri qoruyaq” adlı tədbir keçirdi

7

Bu gün Gəncliyə Yardım Fondunda “Türkiyə Universitetləri Məzunları”İctimai Birliyi (TUMİB) Azərbacan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz narkotik bəlasını tanıyırıq və gənclərə tanıdırıq” adlı layihəsi çərçivəsində “Narkotik bəlasından gəncləri qoruyaq” adlı tədbir keçirdi.

Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək,təlimin məqsədindən danışdı. Bildirdi ki, narkomaniyanın fəsadlarından hələ orta məktəbdə oxuyan şagirdlərə aşılamaq lazımdır və layihənin aktuallığından bəhs etdi. Daha sonra çıxış edən ekspert Məhkəmə Tibbi Ekspertizası və “PA” birliyinin Laborator xidmət üzrə kompleks şöbə rəisi Ceyhun Ələkbərov bildirdi ki, narkotiklərlə bağlı cinayətlərin xarakteristikası, bu növ hüquq pozmalarının rəsmi qeydiyyatdan kənarda qalma faizi olduqca yüksəkdir. 

Əvvəlki illərə nəzər salsaq narkotik aludəçilərinin yaş hədləri 23-29 idisə, artiq bu göstərici daha erkən 17-20 yaş arası gənclərdə müşahidə olunur. Əgər respublikada yalnız elə rəsmi qeydiyyatda 13000-dən artıq narkoman varsa, deməli, fəlakət qapının astanasındadır və barədə ciddi düşünməyi, həyəcan təbili döyməyin vaxtı çatmışdır. O bildirdi ki, bunun qarşısını almaq üçün mübarizə aparmaq gərəklidir. Bu mövzuda bu cür təlimlərin keçirilməsi mütləqdir. Layihənin təlimçi Aidə İmamova təlim zamanı gənclərin narkotik bəlasından, narkotikin verdiyi zərərlərdən söz açdı. Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, TUMİB-in fəal üzvü Cabir Dövlətzadə, “Humanist Gənclər” İctimai Birliyinin sədri Elmin Şükürov və təlimdə digər çıxış edənlər narotikanın bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizm olduğundan bəhs edərək narkomaniya bütün ölkələrdə aktual mövzulardan biri olduğunu vurğuladılar.

Təlimin sonunda iştirakçılara TUMİB-in diplomları verildi.