Sosial Fəaliyyətlər Eşqin aynası filmi təqdim edildi

Eşqin aynası filmi təqdim edildi

2

Bu gün Gəncliyə Yardım Fondunun Z.A. Tağıyev adına konfrans zalında Mövlanə Cəlaləddin Ruminin həyat və yaradıcılığına həsr olunmuş “Eşqin aynası” filmi təqdim edilib. 

Tədbir, filmin ideya müəllifi İlhamə Qurbanlının giriş sözü ilə açıq elan edilib. Filmin mahiyətindən və gərgin iş prosesindən bəhs edən İlhamə xanım bu işdə maddi və mənəvi dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirdi.  Daha sonra filim qonaqlara təqdim edilib. Filim qonaqlar tərəfindən maraqla izləndikdən sonra söz tədbir iştiralçılarının müzakirəsinə verilib.

Filim haqqında öz fikirlərini qonaqlarla bölüşən milli məclisin deputatları Fazil Mustafa və Ceyhun Osmanlı, Türkiyə Səfirliyinin Din Müşaviri Dr. Sadık Eraslan,  Yunus Əmrə Mədəniyyət Mərkəzinin prezidenti Səriyyə Gündoğdu, Qafqaz Araşdırmalar İnistutunun direktoru Dr. Mehmet Rıhtım, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürlərini bildirdilər.