Sosial Fəaliyyətlər GYF-də Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başqanı Dr. Serdar Çama “Qardaşlıq...

GYF-də Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başqanı Dr. Serdar Çama “Qardaşlıq Balı” ikram edildi

4

31.10.2013-cü il tarixində Azərbaycanda rəsmi və işgüzar səfərdə olan Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başqanı Dr. Serdar Çam Gəncliyə Yardım Fondunu ziyarət edib.

Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

 Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. 

Görüşdə iştirak edən T.C. Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) Azərbaycan təmsilçisi Mustafa Haşim Polat, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondu ilə birgə həyata keçirdikləri layihələr və bu ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıb.

Görüşün sonunda qonaqlara TİKA-nın dəstəyi, Azərbaycan Arıçılar İttifaqı və Cəmiyyətin Sosial İnkişafına Mənəvi Dayaq İctimai Birliyinin Təşkilatçılığı ilə Regionların İnkişafı Proqramı Çərçivəsində Azərbaycanda Arıçılığın Təkmilləşdirilməsi Layihəsi Çərçivəsində emal edilmiş “Qardaşlıq Balı” ikram edilmiş, qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilmişdir.