Sosial Fəaliyyətlər Xəmsə İntellektual oyununun zona mərhələsi keçirildi

Xəmsə İntellektual oyununun zona mərhələsi keçirildi

2

Bu gün Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu” nda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına uyğun olaraq “Xəmsə” İntellektual oyununun zona mərhələsi keçirildi. Bakı şəhərinin 11 rayonunun 15 komandası bilik və bacarığını nümayiş etdirdi. Nizami rayonundakı “Zəngi” liseyinin eyni adlı komandası 1-yeri, Yasamal rayonunun “Xəzər “komandası 2-ci yeri, Səbail rayonunun “5+1″komandası 3-cü yeri, Xətai rayonunun “Proqress” komandası 4-cü yeri tutdu.

 Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov, Həmin İdarənin Gənclərlə İş Sektorunun müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru Şamil Sabiroğlu qaliblərə Diplom və qiymətli hədiyyyələri təqdim etdilər. Nəzərinizə çatdırırıq ki, Respublika birinciliyinin Final oyunları bu ilin dekabr ayının ortalarında Naxçıvanda keçiriləcək. Sonda qaliblərlə xatirə şəkli çəkildi.