Sosial Fəaliyyətlər TRT Bakı Təmsilçisi GYF-ni Ziyarət Etdi

TRT Bakı Təmsilçisi GYF-ni Ziyarət Etdi

3

Artıq iki ildir ki, Azərbaycanda fəaliyyət göstərən və bu günlərdə fəaliyyət müddəti başa çatan TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan bu gün Gəncliyə Yardım Fondunun qonağı olub. Fond rəhbərliyi ilə görüşən Y. Dəyərcan Azərbaycanda görülən işlərdən və bu fəaliyyətlərin hər iki dövlət üçün əhəmiyyətindən danışıb. Y. Dəyərcan eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb: “Hansı vəzifədə olmağımdan asılı olmayaraq iki vətənim üçün çalışmağa davam edəcəyəm”.  deyə bildirib.

Görüşdə iştirak edən TRT-nin yeni Bakı  təmsilçisi Emrah Timurçin Yazıcı da Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondu ilə bundan sonra da birgə həyata keçirəcəkləri layihələr və bu ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafında böyük rolu olacağını qeyd edib.

Qeyd edək ki, TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan TRT-də yeni vəzifəyə təyin edilib. Y. Dəyərcan TRT-nin xarici əlaqələr şöbəsində sədr müavini olaraq fəaliyyətə başlayacaq. Səlahiyyət müddəti dekabrın 6-da sona çatan Y. Dəyərcan yeni vəzifəsinin icrasına dekabrın 9-da Ankarada başlayacaq.

Görüşün sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Yüksel Dəyərcana Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində fondun xeyriyyə fəaliyyətlərinin işıqlandırılmasında yaxından iştirakına görə təşəkkür məktubu təqdim edib və qonaqlarla xatirə şəkili cəkilib.