Sosial Fəaliyyətlər “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu”...

“Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” adlı konfrans keçirilib

3

Bu gün Bakı Dövlət Universitetində Gəncliyə Yardım Fondunun da təşkilatçılarından olduğu Həzrəti Mövlananın 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibətilə “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan – Anadoluya İrfan Yolu” adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb, tədbirin əhəmiyyətindən danışıb və işini yüksək qiymətləndirib. Rektor Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvaninin yaradıcılıqlarından, onların alim, dövrlərinin ən mötəbər elm adamları kimi ədəbiyyata bəxş etdikləri əsərlərin əhəmiyyətindən, böyük mütəfəkkirləri təsəvvüf və xoşgörünün ən parlaq nümayəndələri kimi xarakterizə edib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, professor Vasim Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva alim-mütəfəkkirlərlə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

Tədbirdə universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar, o cümlədən Türkiyənin Marmara Universitetinin professoru Nejdət Tosun, Erciyes Universitetinin dosenti Osman Nuri Küçük iştirak ediblər.

Konfrans Bakı Dövlət Universiteti, Türkiyə Cümhuriyyəti Bakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə Türk Kültür Mərkəzi, Mədəni İrsin Öyrənilməsinə Kömək Ictimai Birliyi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutub.