Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi

Gəncliyə Yardım Fondunun Nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi

6

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Gəncliyə Yardım Fondunun nümayəndələri  Şəhidlər Xiyabanını ziyarət edib.

20 Yanvar hadisələrində dünyasını dəyişən şəhidlərin xatirəsi yad edilib, məzarları önünə gül dəstələri qoyulub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam hadisəsinin üstündən 24 il keçir.

Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Allah rəhmət eləsin!