Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Növbəti Uğuru…

Gəncliyə Yardım Fondunun Növbəti Uğuru…

5

11.02.2014-cü il tarixində Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin dəvətilə Bakıda səfərdə olan Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti fondun fəaliyyəti ilə yaxından tanış olublar.

Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildiriblər və Gəncliyə Yardım Fonduun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıblar.

Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar  təqdim edilib və xatirə şəkilləri çəkilib. Eyni zamanda Gəncliyə Yardım Fondu, Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişafına verdiyi müsbət töhfəyə görə Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzi tərəfindən xüsusi mükafata layiq görülüb.