Sosial Fəaliyyətlər Türkdilli Dövlətlərin 2000 Gənci “Xocalıya Ədalət” dedi

Türkdilli Dövlətlərin 2000 Gənci “Xocalıya Ədalət” dedi

4

Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 200 nəfər gənc, habelə, tanınmış ziyalı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyənin Eskişehir, Bursa və İstanbul şəhərlərində təşkil olunan “Türk Dünyasının Qanayan Yarası Xocalı Soyqırımı” adlı tədbirlərdə iştirak etdilər.

Layihə çərçivəsində Fevralın 26-da Eskişehir Valiliyinin təşkilatçılığıyla və İstanbul Sancaqtəpə bələdiyyəsinin dəstəyilə 2000 nəfərin iştirak etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə foyedə soyqırım qurbanlrının xatirəsinə həsr edilən foto-sərgi ilə tanış oldular və tədbirdə iştirak edən gənclərə üzərində Xocalıya Ədalət yazılmış maykalar, maarifləndirici broşurlar və Azərbaycan bayraqları hədiyyə edildi.

Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətlərinin Dövlət Himnləri açıq elan edildi.

Sancaqtəpə Bələdiyyəsinin Başkanı İsmayıl Erdem Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazım olan dəstəyi verməyə hazır olduqlarını qeyd etdi.”Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Şamil Sabiroğlu 22-il öncə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən Xocalıda baş verən soyqırımdan danışdı.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin tarix professoru Anar İsgəndərov isə Azərbaycan xalqının başına gətirilən soyqırım hadisəsinin tarixi haqqında məlumat verdi. Eyni zamanda Türk dünyasının ortaq tarix şüurunun və bərabərliyinin formalaşmasının zəruriliyini vurğuladı.

Azərbaycan Respublikasının millət vəkili Qənirə xanım Paşayeva, Türkiyə-Azərbaycan əlaqələrinə, Türk dünyasının birbaşa əlaqələrinə toxundu. Qənirə xanım qeyd etdi ki, əgər, birbaşa əlaqələr genişlənərsə, o zaman düşmənlərimizin məkrli niyyətləri də baş tutmaz.

Sonda çıxış edən Eskişəhər İcra hakimiyyətinin başçısı Güngor Azim Tuna Xocalı soyqırımını hər zaman ürəklərində hiss etdiklərini qeyd etdi və Azərbaycan xalqının dərdinin bütün Türük dünyasının dərdi olduğunu vurğuladı. Natiq Türk dünyasının qanayan yarası olan  Xocalı soyqırımı anımn tədbirinə gələn (Bosna, Krım, Makedonya, Kosova, Azərbaycan, Karadağ və Türkiyə) qonaqlara öz minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən natiqlərin vətənpərvər çıxışlar tədbir iştirakçıları tərəfindən çoşquyla qaraşılandı.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Eskişəhir İcra Hakiminə və Sancaqtəpə bələdiyyə sədrinə Azərbaycanı təsvir edən müxtəlif hədiyyələr təqdim edildi.

Azərbaycanın istedadlı müğənnisi Elnur Zeynalov və musiqi ansanbılı Azərbaycan muğamlarını, Qarabağı vəsv edən mahnıları ifa etdi.