Sosial Fəaliyyətlər On Min Qardaş “Əl-Ələ”

On Min Qardaş “Əl-Ələ”

5

Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 100 nəfər gənc, Türkiyənin İstanbul şəhərlərində təşkil olunan “On Min Qardaş “Əl-Ələ”  adlı tədbirlərdə iştirak etdilər.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Təhsil Naziri Nabi Avcı öz çıxışında ölkə xaricindən Türkiyəyə gələn gənclərə qonaq kimi deyil, Türkiyədəki gənclərin öz qardaşları olaraq xitab etmək istədiyini söylədi.

Öz çıxışında, ölkə xaricindən gələn tələbələrə, “Evinizə, ikinci məmləkətinizə xoş gəldiniz” deyə səslənən Avcı, qədim bir mədəniyyətin toxumlarını yenidən yaşıllaşdırmaq sevinci və qüruru içində olduqlarını ifadə etdi.

Mədəniyyət irsinin dünyaya tanıdılması məqsədilə təşkil edilən coşğulu fəaliyyətin, tarixdə yeni bir əsr açıb bir əsri arxada qoyan mədəniyyət mərkəzinin İstanbulda təşkil edildiyini xatırladan Avcı, “Ümid edirəm ki; iki qitəni birləşdirən bu gözəl şəhər, ürəklərinizi də bir-birinə yaxınlaşdıracaqdır ” dedi.

Tədbirdə çıxış edən Eskişəhər İcra hakimiyyətinin başçısı Güngor Azim Tuna proqrama fərqli ölkələrdən gələn tələbələri, ölkə adlarıyla səslənərək tək-tək salamladı.

Ortaq mədəniyyət mirasını ürəklərdə yer almasına çalışdıqlarını vurğulayan Tuna, Türk dünyasını öz yurdlarında qəbul etdiklərini və qəbul etməyə davam edəcəklərini ifadə etdi.

Dünyaya baxan gözlərin çox əhəmiyyətli olduğunu dilə gətirən Tuna, “Dünyaya kimlərin gözləriylə baxdığımız isə daha əhəmiyyətlidi. Gözləri sevgi ilə baxan, könül bağçası sevgi qoxusu verən, sağlam fikiri ilə ön mühakimələri yıxan könül memarlarının gözləriylə dünyaya baxan diyarlar, tarixin hər dövründə abad olmuşdur. Yunus Əmrə, “Dostun evi könüllərdir, könüllər qurmağa gəldim” deyər. Türk Dünyası Mədəniyyət Paytaxı olmasıyla Yunus kimi əbədi xoşbəxtlik və gözəllik axtarışımız davam etməkdədir ” ifadələrini dilə gətirdi

Proqramda, Çernoqoriya Baş nazirinin müavini Rafet Hüsoviç, Makedoniya Dövlət Naziri Hadi Nəzir, Bosniya və Herseqovina Federasiyası Mədəniyyət və İdman naziri Salmır Kaplan, Makedoniya Türk Demokrat Partiyası İdarə Heyətinin sədri Kənan Hasip və Krım Tatar Milli Məclisi sədrinin müavini Aslan Ömər Kırımlıyla birlikdə Çernoqoriya, Kosovo, Makedoniya, Bosniya və Herseqovina, Yunanıstan, Bolqarıstan və Azərbaycandan gələn 1300 xarici tələbənin də aralarında olduğu çox sayda qonaq iştirak etdi.

Program, fərqli ölkələrdən gələn sənətçilərin, o cümlədən, Azərbaycanlı müğənni Azərinin səhnə aldığı gözəl konsert proqramıyla davam etdi və böyük çoşquyla qarşılandı.