Sosial Fəaliyyətlər Türk Millətinin Başı Sağ Olsun

Türk Millətinin Başı Sağ Olsun

5

Qardaş Türkiyədə Manisa Şəhərinin Soma bölgəsindəki mədən ocağında meydana gələn qəzada çoxlu sayda işçi şəhid olmuşdur. Qardaş Azərbaycan xalqı adından Somada baş verən bu şiddətli qəzada vəfat edən qardaşlarımıza Allahdan rəhmət diləyir, kədərli ailələrinə və yaxınlarına səbri-cəmil niyaz edirik. Türkiyənin və Türk millətinin başı sağ olsun! Bütün qəza qurbanlarının ruhları şad, məkanları cənnət olsun.

Gəncliyə Yardım Fondu İdarə heyəti