Sosial Fəaliyyətlər GYF-nin nümayəndəsi QHT İdarəetmə Akademiyasında iştirak edib

GYF-nin nümayəndəsi QHT İdarəetmə Akademiyasında iştirak edib

2

Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası dörd gün davam etdi. Tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, bloqqerlər və dizaynerlərin iştirakı ilə təşkil olunan “Xətdə” Payız Akademiyasından ibarət idi.

Payız Akademiyası çərçivəsində ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbərləri ilə mətbuat nümayəndələr arasında görüş təşkil olunub. Görüşün keçirilməsində məqsəd ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının mətbuatla əməkdaşlıq sahəsində maarifləndirilməsi və onlarla əlaqələrin qurulmasına imkan yaratmaqdır.

Tədbir çərçivəsində gənclər təşkilatları və mətbuat arasında əməkdaşlığa maneə olan əsas məsələlər müəyyənləşdirilib və maneələrin səbəbləri araşdırılıb. Bu əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb və qarşılıqlı təkliflər səsləndirilib.

Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumlarını təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndirilib.

QHT İdarəetmə Akademiyasında Gəncliyə Yardım Fondunu mətbuat katibi Eldar Kərimov təmsil edib və bu sahədə beynəlxalq şəhadətnaməyə layiq görülüb.