Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Görüşdü

GYF Rəhbərliyi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Görüşdü

7

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı.

Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu.Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 Daha sonra Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Bakıda qalacağı Four Seasons Hotelə gəlib. Oteldə Baş nazir Əhməd Davudoğlunu qarşılayan Gəncliyə Yardım Fondu İdarə Heyətinin sədri Ahmet Tecim Fondun Azərbaycandakı uğurlu fəaliyyətləri haqqında Baş nazirə qısa məlumat verib. Baş nazir Əhməd Davudoğlu Fondun gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Həmin gün Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun nümayəndə heyətinin üzvü Yurtdışı Türklər və Akraba Topluluklar  Başqanı Doç. Dr. Kudret Bülbül Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsanasında qonağa Gəncliyə Yardım Fondu İdarə Heyətinin sədri Ahmet Tecim fondun fəaliyyətləri haqqında məlumat verib. Dəyirmi masa ətrafında baş tutan görüşdə YTB Başqanı Doç. Dr. Kudret Bülbül görülən işlərin əhəmiyyətindən və qarşıda duran önəmli layihələrin reallaşmasında baş tutacaq ortaq fəaliyyətlərdən danışıb.

Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar  təqdim edilib və xatirə şəkilləri çəkilib.