Sosial Fəaliyyətlər “Hüquq İnsan Üçündür!”

“Hüquq İnsan Üçündür!”

8

Gəncliyə Yardım Fondunda “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 30 Yanvar 2015-ci il tarixdə   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə icra etdiyi “Hüquq İnsan Üçündür!” adlı layihənin yekun   mərasimini keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan edildi. Birliyin sədri  Elçin Manafov bütün iştirakçılın diqqətinə çatdırdı ki, bu tədbirin bu günə salınması heç də təsadüfi deyil. 3 gün sonra 2 fevral “gənclər günüdür”.

 Gəncləri gənclər günündə mükafatlandırmağın xatirələrdə iz buraxdığı danılmazdır. Fürsətdən istifadə edərək ölkə gəncliyini gənclər günü münasibəti ilə təbrik edirəm.  Daha sonra o layihə haqqında məlumat verdi.  O bildirdi ki, 3 aydır davam edən layihə çərçivəsində Şəki, Zaqatala və İsmayıllı rayonlarında hər birində iştirakçısı 100 nəfərdən ibarət olan konfranslar təşkil olundu. Həmçinin  Bakı şəhərində  3 ayrı məkanda konfrans və seminarlar təşkil olunmuşdur. Bugün bu konfranslarda ən fəal olan 100 nəfərə bərabər sertifikatlar təqdim edəcəyik. Layihədən birbaşa bəhrələnənlər 533 nəfər, dolayısı yol ilə bəhrələnənlər isə 1500 nəfər olmuşdur. Ümumilikdə layihədən 2033 nəfər bəhrələnmişdir.  

Daha sonra Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin müdiri İbrahim Erol, İnsan Resuslarının Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev, tanınmış müğənni Nadir Bayramlı, İpəkyolu MMC-nin direktoru Ramiz Məmmədov, Gənclərin Tövhəsi ictimai birliyinin sədri Asim Vəliyev gənclərə öz tövsiyələrini verdilər.  Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.