Sosial Fəaliyyətlər Şəhidlər Xiyabanını ziyarət edildi

Şəhidlər Xiyabanını ziyarət edildi

4

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Himayəçilər şurasının sədri cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.

      Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirmişdir.