Sosial Fəaliyyətlər Türkiyənin məşhur şair və yazarı GYF-nin qonağı oldu…

Türkiyənin məşhur şair və yazarı GYF-nin qonağı oldu…

6

18.02.2015-ci il tarixində TİKA-nın dəstəyi ilə Bakıda keçirilən “Hər Kəs İçindəki Dünya Qədərdir” adlı tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin məşhur şairi, yazıçısı, rəssamı və 22-ci dönəm Millət Vəkili Recep Garip və T.C. Bakı Böyükelçiliyinin Təhsil müşaviri Abdulgafur Büyükfırat  Gəncliyə Yardım Fondunun qonağı olub.

Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara Xocalı Soyqırımın 23-cü ildönümü ərəfəsində Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildiriblər və Fondun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıblar.

Görüşün sonunda qonaqlarla qarşılıqlı hədiyyələr, o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.