Sosial Fəaliyyətlər Türkiyəli Elm Adamları “İstedadlı Gənclər”imizlə Görüşdü

Türkiyəli Elm Adamları “İstedadlı Gənclər”imizlə Görüşdü

7

Xəzər Universiteti və İRCİCA-nın təşkil etdidyi “İslam Sivilizasiyasında Elm və Texnologiya” adlı simpoziumda iştirak etmək üçün Azərbaycanda olan Səlçuk Üniversiteti, Ədəbiyyat Fakültəsi, Orta əsrlər Tarixi Müəllimi  Prof.Dr. Mustafa Dəmirçi və Yrd. Doç. Dr İbrahim Baz  Gəncliyə Yardım Fondunda “İstedadlı Gənclər Klubu”-nun gəncləri ilə görüşdü. İlk olaraq fondun kollektivi və tələbərlə görüşən qonaqlara Gəncliyə Yardım Fondunun fəaliyyətləri və  “İstedadlı Gənclər Klubu”-nun üzvləri olan tələbələr haqqında geniş məlumat verildi.

Qonaqlar Gəncliyə Yardım Fondunun rəhbərliyinə dəyərli Azərbaycan gəncliyi ilə görüşlərinə şərait yaratdıqlarına görə təşəkkür etdilər. Daha sonra görüşdə tələbələrlə öz zəngin həyat təcrübələrini və tələbələrə faydalı olacaq biliklərini paylaşdılar. Gənclərə tarixi dəyərlərimizindən və uğurlu gələcəyimizin təməllərində bu dəyərlərimizin əhəmiyyətindən danışdılar.

Tədbirin sonunda “İstedadlı Gənclər Klubu”-nun üzvləri qonaqlara dəyərli fikirləri üçün təşəkkürlərini bildirdilər və bir-birindən maraqlı suallarını səsləndirdilər. Görüşün  ikinci hissəsi sual-cavab şəklində davam edərək daha faydalı bilgi paylaşımına vəsilə oldu.  Sonda qonaqlara qarşılıqlı hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkildi.