Sosial Fəaliyyətlər “İstedadlı Gənclərimiz” Gürcüstanda oldu

“İstedadlı Gənclərimiz” Gürcüstanda oldu

14

Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun dəstəyi ilə bir qrup istedadlı gənc Gürcüstanda oldu. Bayram tətilinə təsadüf edən gəzinti zamanı Tiflis, Rustavi, Qardabani və Marneuli şəhərlərinə baş çəkildi.

 Tələbələr Gürcüstanın tarixi, mədəni və iqtisadi mərkəzi olan Tiflisin rəmzi sayılan Kür çayının sahillərini, 150 illik tarixi olan Tiflis cümə məscidini və ona yaxın yerləşən ümummilli lider Heydər Əliyevin adına olan parkı,  tarixi “Narın” qalanı, Gürcüstanın ən böyük parkı olan “Vaqe”-ni, gözəl mənzərəsi olan “Tısbağa” gölünü, məşhur Tiflis hamamlarının yerləşdiyi tarixi ərazini və s. yerlərlə gəzib tanış oldular və bol-bol şəkil çəkdirdilər.

Gənclərimizin Gürcüstanda yaşayan soydaşlarımızla görüşmələri də onlar üçün ayrı bir sürpriz oldu. Soydaşlarımız gənclərimizi çox xoş qarşıladılar və Gürcüstan haqqında öz bildiklərini onlarla bölüşdülər. Martın 25-i səhər başlayan gəzinti, 28-i səhər Marneulidən Bakıya yola düşməklə sonlandı.