Sosial Fəaliyyətlər Azərbaycanlı Gənclər Çanaqqalaya Yola Düşdü

Azərbaycanlı Gənclər Çanaqqalaya Yola Düşdü

15

Hər il Çanaqqala döyüşündə həlak olan gənc əsgərlərin xatirəsi yad edilir. Simvolik olaraq azyaşlı məktəblilər  və gənclər Çanaqqalaya göndərilir. Bu il 100 illiyi qeyd edilən bu mərasimə qatılmaq üçün Azərbaycandan da 400 gənc Türkiyəyə yola düşüb.

İştirakçılar Şəhidlər Xyabanını və Türk Şəhidliyini ziyarət edərək, buradan torpaq götürüb özləri ilə Çanaqqalaya aparıblar.

Gəncliyə Yardım Fondu və Türk İş adamları Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə təşkil edilən yürüşdə şagirdlər bir həftə boyunca həm Türkiyənin tarixi yerləri ilə tanış olacaq, həm də 24 apreldə təşkil edilən mərasimdə iştirak edəcəklər.