Sosial Fəaliyyətlər Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə davam edir

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə davam edir

4

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində 3 gün ərzində silsilə tədbirlərin davamı olaraq “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa”  keçirilib. Dəyirmi Masada bir çox ziyalılar və yaradıcı gənclər iştirak ediblər. Tədbirdə eyni zamanda gənc rəssamların əl işləri nümayiş etdirilib.