Sosial Fəaliyyətlər GYF-də Fahri Sarrafoğlunun “Ünsiyyət Psixologiyası adlı Təlimi Keçirildi

GYF-də Fahri Sarrafoğlunun “Ünsiyyət Psixologiyası adlı Təlimi Keçirildi

4

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında Türkiyənin məşhur fərdi inkişaf mütəxəssisi Fahri Sarrafoğlunun Ünsiyyət Psixologiyası mövzusunda təlimi keçirilib. Təlimdə Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri və rəhbər işçilər iştirak ediblər. Qonağı təlim iştirakçılarına təqdim edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim modern zamanda insanlar arasında ünsiyyət problemlərinin günü-gündən artdığını və bu kimi tədbirlərin keçirilməsinin zərurətindən danışıb…

 Təlimdə ünsiyyət problemlərindən qorunma yolları, ictimai həyatda münasib ünsiyyət üçün lazım olanlar, simpatiya və empatiya, sürü psixolojiyası, baxmaq və görmək ilə əlaqəli bilmədiklərimiz, qərarsızlıq xəstəliyi və s. kimi mövzulara geniş yer verilib və təlim iştirakçıları bu mövzularda maraqlı məlumatlarla məlumatlandırılıblar.  Təlimin sonunda qonağa Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Türkiyənin məşhur fərdi inkişaf mütəxəssisi Fahri Sarrafoğlu TİKA Bakı Koordinatorluğunun dəstəyi, Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin ortaq layihəsi olan “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində Bakıda səfərdədir. Fərdi inkişaf mütəxəssisinin bu səfər çərçivəsində, “Fərdi İnkişafda Hədəf Seçimi”, “Toplum Qarşısında Söz Söyləmə Sənəti” və “Ailədaxili Ünsiyyət Problemləri” mövzusunda da təlimləri keçirilib. “Ailədaxili Ünsiyyət Problemləri” mövzusunda keçirilən təlimdə TİKA Bakı Kordinatoru Mustafa Haşim Polat və Aydınlığa Doğru İctimai Birliyinin sədri Solmaz Əmirli çıxış edərək həyata keçirilən layihənin əhəmiyyətindən və cəmiyyətimizdəki ailə problemlərinin həllinə hər zaman dəstək olacaqlarından danışıblar.