Sosial Fəaliyyətlər GYF Rəhbərliyi TBMM Başqanı ilə Görüşdü

GYF Rəhbərliyi TBMM Başqanı ilə Görüşdü

4

Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim Azərbaycanda rəsmi səfərdə olan TBMM Başqanı İsmail Kahraman ilə görüşüb. Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyində baş tutan görüşdə TBMM Başqanına Gəncliyə Yardım Fondunun fəaliyyətləri haqqında geniş məlumat verilib. İsmail Kahraman Fondun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb. Görüş səmimi söhbətlə davam edib və qonaqla xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, İsmail Kahraman Azərbaycana ziyarəti çərçivəsində Azərbaycan Milli Məclisinin Başqanı Oqtay Əsədov ilə görüşüb və bir sıra tarixi məkanları ziyarət edib.