Sosial Fəaliyyətlər Rəqiblərimin gördüklərini mən hiss edirəm… – İlham Zəkiyev

Rəqiblərimin gördüklərini mən hiss edirəm… – İlham Zəkiyev

1

20.02.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə, iki qat paralimpiya, iki qat dünya çempionu, 6 dəfə  Avropa birinciliyində və I Avropa oyunlarında qızıl medal qazanmış  İlham Zəkiyev gəldi. Gənclərimizin səbirsizliklə gözlədiyi görüşdə tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” koordinatoru Vəfadar Babayev İlham Zəkiyevin uğurları və Qarabağ cəbhəsindəki döyüş yolu haqqında qısa məlumatdan sonra sözü qonağa verdi. Sabahın əsgəri olacaq gənclərimizə vətənpərvərlik mövzusunda öz döyüş təcrübəsindən danışan qonağımız eyni zamanda uğur qazanmaq haqqında gənclərə geniş məlumat və tövsiyələr verdi.

Daha sona gənclərin sual cavab bölümündə bir gəncin “Rəqiblərinzi görmədiyiniz halda bu qədər uğuru nece əldə etdiniz?” – sualına cavabı “Rəqiblərimin gördüklərini mən hiss edirəm, mənim hiss etdiklərimi rəqiblərim görmür” – oldu.

Tədbirin sonunda təşkilatçılar və tələbələrlə birlikdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.