Sosial Fəaliyyətlər Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Türkiyədədir

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Türkiyədədir

1

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsinin ikinci hissəsinə start verilib.

Layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə səfər edən gənclər öz səfərlərinə Ankaradan başlayıblar.

Layihə iştirakçıları əvvəlcə T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsini (YTB) ziyarət ediblər. Tələbələri Komitənin  Mədəniyyət və Sosial Əlaqələr üzrə Şöbə müdiri Murat Gürbüz  qarşılayıb. M.Gürbüz  tələbə gənclərə təmsil etdiyi komitənin fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətləri haqqında məlumat verib. 

Tələbələr də öz növbələrində onlara göstərilən diqqətə görə təşəkkür ediblər. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.

Günün ikinci yarısında  tələbələr, Anklarada bir çox tarixi yerləri ziyarət edib və geniş məlumat toplayıblar.

Qeyd edək ki, bu fəaliyyətlər T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi, Könüllü Gənclər İctimai Birliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində həyata keçirilir.