Sosial Fəaliyyətlər GYF Rəhbərliyi “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” Layihəsinin ‎açılış mərasimində iştirak...

GYF Rəhbərliyi “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” Layihəsinin ‎açılış mərasimində iştirak edib.‎

1

“Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Qeyd edək ki , May ayının 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, Gəncliyə Yardım Fondunun Vitse prezidenti Salman Əliyev, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.