Sosial Fəaliyyətlər GYF-də Mədəniyyətimizdə Xeyriyyəçilik adlı tədbir keçirildi

GYF-də Mədəniyyətimizdə Xeyriyyəçilik adlı tədbir keçirildi

30

Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə 14.05.2016-ci il tarixində “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə Türkiyə Cumhuriyyəti “Aziz Mahmud Hüdayi” vəqfindən Loğman Helvacı və Şuayb Başhan gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin rəhbəri İbrahim Erol qonaqlar haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında qonaqlarımıza məlumat verdi.

“İslamda xeyriyyəçilik, Afrika və Balkanlar örnəyi” mövzusunda tələbələrimizə konfrans verən qonaqlarımızdan ilk olaraq Şuayb Başhan bəy danışdı. İslamda xeyriyyəçiliyin yeri, Azərbaycanda və Türkiyədə xeyriyyəçilik ənənələri haqqında bildiklərini gənclərimizlə bölüşdü.

Digər qonağımız Loğman Helvacı isə “Aziz Mahmud Hüdayi” vəqfinin Türkiyədən kənarda olan insani yardımları, xeyriyyəçilik fəaliyyətləri haqqında slayd vasitəsilə görüntülü olaraq tələbələrimizə geniş məlumatlar verdi. Qanada uzun illər məscid yeri kimi ayrılan amma tikilməsi mümkün olmayan yer üçün “Aziz Mahmud Hüdayi” vəqfinin nümayəndələri müraciət etdiyində  oranın ruhani başçısınn “Siz mənim qəbul olan duamsız, indiyə qədər haradaydınız?!” – deməsi  tələbələrimizin gözlərini yaşartdı.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.