Sosial Fəaliyyətlər GYF-də İş Axtarmaq bir işdir adlı konfrans keçirilib

GYF-də İş Axtarmaq bir işdir adlı konfrans keçirilib

5

‎21.05.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin ‎təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” ‎layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə İnsan resursları üzrə tanınmış mütəxəssis ‎Namiq Məmmədov gəldi. “İş Axtarmaq bir işdir” Mövzusunda konfrans verən qonağımız ilk ‎öncə gənclərimizə öz həyat hekayəsindən mövzu ilə əlaqədar başına gələnlərdən danışdı.‎

Namiq Məmmədov CV hazırlanması, son vaxtlar xaricdə daha geniş yayılmış olan video CV ‎haqqında tələbələrə məlumat verdi.‎

Daha sonra İş görüşməsinə gedərkən edilən səhvlər, sosial şəbəkələrdən daha səmərəli istifadə ‎haqqında tələbələrlə dəyərli təcrübələrini bölüşdü. Sonda gənclərin suallarını cavablandırdı.‎

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ‎ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular ‎haqqında seminarlar veriləcəkdir.‎