Sosial Fəaliyyətlər Tədris ilinin sonunda GYF Tələbələri Sevindirdi

Tədris ilinin sonunda GYF Tələbələri Sevindirdi

2

04.06.2016 tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili, Java və Mühasibat kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.

Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan dünyada xarici dilləri və kompyuter elmlərini öyrənməyin əhəmiyyətindən danışdı. Natiq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə gözstərilən dövlət qayğısını xüsusi qeyd etdi. 

Tədbirdə çıxış edən “İqtisadi Resursların Öyrənilməsi” içtimai birliyinin sədri Ruslan Atakişiyev bu uğurlu fəaliyyətləri yüksək qiymətləndirdiklərini bildirdilər. 

Qeyd edək ki, mərasimdə 46 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 17-si Mühasibat, 6-ı  Java, 15-i İngilis dili, 4-ü rus dili, və 4-ü kompyuter kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.