Sosial Fəaliyyətlər Terror Hadisəsi Qurbanlarının Xatirəsi Yad Edildi

Terror Hadisəsi Qurbanlarının Xatirəsi Yad Edildi

1

Gəncliyə Yardım Fondunun əməkdaşları Türkiyədə baş verən terror hadisəsi qurbanlarının xatirəsini yad ediblər.

Fondun əməkdaşları 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında baş verən hadisəyə öz etirazlarını bildirmək üçün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında gənclər təşkilatlarının nümayəndələri ilə toplaşaraq terror qurbanlarının xatirəsini yad edib, səfirliyin qarşısına gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti terror qurbanlarının ailələrinə və yaxınlarına səbir diləyib, terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd ediblər.