Sosial Fəaliyyətlər Azərbaycanda Xeyriyyəçilik Ənənəsi” Mövzusunda Konfrans Keçirildi

Azərbaycanda Xeyriyyəçilik Ənənəsi” Mövzusunda Konfrans Keçirildi

3

10.07.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin ‎təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə keçirilən “Bakı Gənclik Akademiyası” ‎layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə tarixçi Prof. Dr. Okan Yeşilot gəldi. Tədbiri giriş ‎sözü ilə açıq elan edən TİKA Bakı koordinatoru Mustafa Haşim Polad qonaq ‎haqqında gənclərimizə məlumat verdi. Azərbaycanda xeyriyyəçilik ənənəsi barədə öz fikirlərini ‎bildirdi və sözü məruzəçi Prof. Dr. Okan Yeşilota verdi. 

Qonaq XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsi ‎və Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətləri haqqında gənclərə geniş məlumat verdi.

Daha sonra çıxış edən‎ Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri cənab Ahmet Tecim Azərbaycanda xeyriyyəçilik ənənələrinin, eyni zamanda Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin bu torpaqlara qazandırdığı milli mənəvi dəyərlərin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən və zəruriliyindən danışdı.

‎ Tədbirin sonunda Prof. Dr. Okan Yeşilotun “Hacı Zeynalabdin Tağıyev” kitabının təqdimat və imza mərasimi də keçirildi.‎