Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda 15 İyul Şəhidlərinin Anım Mərasimi ‎Keçirilib

Gəncliyə Yardım Fondunda 15 İyul Şəhidlərinin Anım Mərasimi ‎Keçirilib

1

Bu gün Gəncliyə Yardım Fondunun  şəhid Ömər Halis Dəmir adına konfrans zalında 15 İyul 2016-cı il tarixində qardaş Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri zamanı milli iradə və vətən uğrunda canlarını fəda edən şəhidlərin anım mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı ilə açıq elan edilib. Daha sonra müqəddəs Qurani Kərimdən şəhidlərin ruhuna ayələr oxunub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim o gecə baş verən hadisələrin Türkiyə dövləti və türk xalqı üçün tale yüklü əhəmiyyətindən danışıb. Türkiyə dövlətinin günü gündən bütün sahələrdə durmadan inkişafını gözü götürməyən qaragüruh qüvvvələrin dayanmadan türk xalqının gücünü və müqavimətini azlatmaq üçün mənfur planlar qurduğunu vurğulayıb. Ancaq bütün bunlara baxmayaraq natiq qeyd edib ki, türk xalqının birlik və bərabərliyi o cümlədən dünya arenasında öz sözünü deyə bilən lideri cənab Rəcəb Tayyip Ərdoğanın ətrafında sıx birləşməsi bütün planları alt-üst etmişdir və bu gündən sonra da baş verə biləcək hər hansısa bir təhlükə qarşısında bu birlik və bərabərlik davam edəcəkdir. Ahmet Tecim xüsusilə bu ədalət savaşında və çətin zamanlarda Türkiyə xalqının yanında Azərbaycan xalqının və Azərbaycan prezidenti cənab İlham Əliyevin olduğunu vurğulayıb. Bundan sonra da tarix boyu öz ululuğunu qoruyan türk milləti bir daha öz intibah dövrünü yaşayacaq və haqq sözünü hər yerdə deməyə davam edəcəkdir.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun Vitse Prezidenti Salman Əliyev iki dövlət arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbirin sonunda 15 iyul hadisələrinə  həsr olunmuş demokratiya himni səsləndirilib və ehsan süfrəsi açılıb.