Mətbuatda GYF Rəhbərliyi V Bakı Beynəlxalq Humanitar Forumunda İştirak Edib

GYF Rəhbərliyi V Bakı Beynəlxalq Humanitar Forumunda İştirak Edib

3

29.09.2016 tarixində Heydər Əliyev Mərkəzində öz işinə başlayan V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban xanın Əliyeva iştirak edib. Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

Forum çərçivəsində  “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, mövzusunda keçirilən dəyirmi masada Gəncliyə Yardım Fondunun rəhbərliyi də iştirak edib. Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.