Sosial Fəaliyyətlər İİTAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi TAM-ın 7 İlliyinə Həsr Olunmuş...

İİTAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi TAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi

1

7 yanvar 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adında konfrans zalında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin 7 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi və İATM-in tərəfdaşları iştirak edib. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev tədbir iştirakçılarına İATM-in keçdiyi yol barəsində məlumat verib. Tədbirdə iştirakçılara həmçinin, İATM-in fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev “2017-ci ilin Vergi islahatları: maliyyə uçotunun perspektivləri” mövzusunda çıxış etmişdir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları İbad İbadov, Ziya Məmmədov, Kamilə Əlizadə, Fariz Alxazov “Fəxri diplomlar”, “Təşəkkürnamələr” ilə mükafatlandırılıb. Məzunlar isə müvafiq kateqoriyalara uyğun sertifikatlarla təltif olunub.


Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.