Sosial Fəaliyyətlər ‎“Davosa Doğru-Bakı” Forumu Keçirilib

‎“Davosa Doğru-Bakı” Forumu Keçirilib

2

Azərbaycan Diplomatik Akademiyasinda (ADA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə 17.01.2017-ci il tarixində “Davosa Doğru-Bakı” Forumu keçirilib. Forumda Gəncliyə Yardım Fondunun nümayəndə heyəti iştirak edib.

Tədbirin təçkilatçısı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən təşkil olunan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Diplomatik Akademıyasının (ADA) icraçı prorektoru Fariz İsmayılzadə forumda müxtəlif sahələrdə gənclər üçün iş imkanları barədə müzakirələrin aparılacağını söyləyib.

İştirakçılardan Azərbaycan Prezidenti yanında Gənclər Fondu, “Global Shapers Community Baku”-nun icraçı kuratoru Fərhad Hacıyev gələcəkdə bu forumda daha çox iş adamının iştirakının nəzərdə tutulduğunu vurğulayıb.

Sonda gənc sahibkarların startaplarının videoçarxları nümayiş etdirilib, panel mövusu ilə bağlı müzakirələr olunub.

Qeyd edək ki, Forumun nəticələri yanvarın 19-da Dünya İqtisadi Forumuna canlı bağlantı vasitəsi ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.