Sosial Fəaliyyətlər “20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

7

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etdilər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olundu. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 27-ci ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması məqsədilə baş tutub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.

“Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.

Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 27 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

Tədbirdə çıxış edən, T.C. Bakıböyükelçiliyi mətbuat müşaviri Hamit Karadeniz tariximizdə vətənlərimiz azadlığı və istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərin gələcək nəsillər tərəfindən tanınmasının əhəmiyyətindən danışıb.

Millət vəkili Qənirə Paşayeva isə öz çıxışında məktəblilərə yaxşı oxuyaraq, xalqa millətə faydalı insan olaraq vətənə layiqli övlad olacaqlarını bildirib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev isə öz çıxışında dövlət rəhbərliyinin 20 yanvar şəhid ailələrinə qayğısından danışıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sector müdiri Əli Məmmədov öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.    

Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar.

Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Nizami rayonu 10 saylı orta məktəbin şagirdi Abdullayeva Mehrubə, Yasamal rayonu 158 saylı məktəbin şagirdi Qismətli Uğur və Suraxanı rayonu 104 saylı məktəbin şagirdi Qurbanova Sitarə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilmişdir.

Tədbirin sonunda şəhid ailələrinə Gəncliyə Yardım Fondu tərəfindən ərzaq paketləri təqdim edilib.