Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Gəncliyə Yardım Fondunun Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

3

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.

Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirib.