Sosial Fəaliyyətlər Qardaş Türkiyədən Gələn Nümayəndə Heyəti GYF-nin Qonağı Olub

Qardaş Türkiyədən Gələn Nümayəndə Heyəti GYF-nin Qonağı Olub

1

Bu gün Türkiyə Cumhuriyyəti Gənclik və İdman Nazirliyi və Diyanət Vəqfinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Könül Ərləri” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti o cümlədən T.C.Gənclik və İdman Nazirliyinin nümayəndələri Şükrü Yılmaz, Ahmet Uzak və T.D.V. Təhsil Koordinatoru Mehmet Yasa Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun fəaliyyətləri ilə yaxından tanış olub. Nümayəndə heyətinə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti haqqında məlumat verən Fondun prezidenti Cənab Ahmet Tecim eyni zamanda qonaqlara ziyarətlərinə görə minnətrdarlığını bildirib. 

Fondun fəaliyyəti haqqında qısa videorolik izlənib və görüş çay süfrəsi ətrafında davam edib. Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.