Sosial Fəaliyyətlər Müharibə Uşaqların Gözü İlə

Müharibə Uşaqların Gözü İlə

0

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  23.02.2017-ci il tarixində Xocalı Soyqrırımının XXV il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilib.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonar tədbir iştirakçılarına Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Xocalıda yaşanan hadisələrin qəbuledilməz olduğunu bunun dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu qeyd edib. Natiq çıxışı zamanı tarix boyu türk xalqlarına vurulan zərbələrdən, xüsusi ilə də FETO, PKK, İŞİD kimi  terror təşkilatlarının türk xalqlarının birliyini və əminamalığını pozmağa çalışmasından bəhs edib. Türk xalqlarının dirənişi və ölkə başçılarımızın dözümlülüyü ilə bunun heç vaxt bacara bilməyəcəklərini qeyd edib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhda yetişən, öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışıb. Eyni zamanda tədbirdə Millət Vəkili Elman Nəsirov  çıxış edərək ilk olaraq Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkür edib və Xocalı hadisələrinin ermənilərin Azərbaycan xalqına qarşı məqsədyönlü soyqrım  siyasətinin bir hissəsi kimi, beynəlxalq cinayət olması haqqında faktın dünya birliyinə çatdırılması haqqında danışdı. Xocalı Rayon İcra Başçısının Bakı Nümayəndəsi Cavid Əliyev o günün dəhşətli anlarının  gözünün önündə olduğunu, erməni vəhşilərinin törətdiyi qırğınların çox dəhşətli olduğunu qeyd edib. Tədbirdə çıxış edən Xocalı rayon sakini Anar İbrahimov milli-mənəvi ruhda yetişən Azərbaycan gəncliyinin,  erməni qəsbkarlarının etdikləri zülmləri yerdə qoymayacağını və onların beynəlxalq ictimaiyyətdə öz uğurlarıyla düşmənə layiqli cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir.

Tədbirin sonunda “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatları ilə təltif olunub.

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer –   Əsgərova Sübhə- Səbail rayon 236 saylı orta məktəb

II yer –  Vəliyev Cavid- Nəsimi rayon 164 saylı orta məktəb

II yer – Əsgərov Əli- Suraxanı rayon 140saylı orta məktəb