Sosial Fəaliyyətlər Doç. Dr. Mehmet Lütfi Arslan Gənclərlə Görüşdü

Doç. Dr. Mehmet Lütfi Arslan Gənclərlə Görüşdü

0

25.02.2017-ci il tarixində Gəncliyə Yardım Fondunda İstanbul Universitetinin müəllimi və Gənc jurnalının baş redaktoru  Doç.Dr.Mehmet Lütfi Arslanla  görüş keçirilib.

Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti  Ahmet Tecim və fəal gənclər iştirak edib.

İlk olaraq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağı salamlayıb. Gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.  

Doç.Dr.Mehmet Lütfi Arslan da öz növbəsində gənclərlə mütəmadi olaraq dünyanın  ayrı-ayrı bölgələrində görüşdüyünü qeyd edib: Hər bir ölkənin gələcəyi, sabahı, siyasəti, iqtisadiyyatı onun savadlı, intellektuallı gənclərindən asılı olduğunu qeyd edib. Özümüzü, ölkəmizi, dövlətimizi inkişaf etdirmək və beynəlxalq arenada təmsil etmək üçün ilk növbədə savadlı olmaq lazım olduğunu və bunun üçün çox çalışmalarını qeyd edib.

Gənclərin çoxsaylı suallarını cavablandıran qonaq öz məsləhətlərini verib və gənclərə gələcək həyat yollarında uğurlar arzu edib.

Sonda Doç.Dr.Mehmet Lütfi Arslan bəyin bu günlərdə Azərbaycan türkəcisənə uyğunlaşdırılaraq nəşr edilən “Gənc Peyğəmbər və Gənc Dostları” kitabının imza mərasimi keçirilib.