Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Cəbhə Bölgəsində Şəhid Ailələri İlə Görüşdü

GYF Rəhbərliyi Cəbhə Bölgəsində Şəhid Ailələri İlə Görüşdü

4

20.03.2017-ci il tarixində Gəncliyə Yardım Fondu və Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyənin media rəhbərləri, jurnalist təşkilatları rəhbərləri Tovuzun Ağdam kəndində səfərdə olub. Səfər zamanı bu kənddə böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsi ziyarət edilib, valdeynləri ilə görüşüb keçirilib. Görüş zamanı Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də yaxından iştirak edib. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün öz minnətdarlığını bildirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Naiq Yusifovun eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır.

 Türkiyə Antalya Qəzetçilər Cəmiyyəti, Akdəniz Qəzetçilər Federasiyasının başqanı Mevlut Yeni bildirib ki, Azərbaycan şəhid ailələrinin ağrısı-acısı onların da ağrısı-acısıdır. Cənab Mevlut Yeni, “Torpaq uğrunda ölən varsa, vətəndir”- deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq bildirib.

Daha sonra Tovuz rayon sakini, Qarabağ müharibəsi əlili Əliyev Elmar Rəhim oğluna Gəncliyə Yardım Fondu tərəfindən əlil arabası təqdim olunub.